Ekonomiks 16:38 15.11.2022

Yasamalda partlayan su borusunda yenidən təmir işləri aparılır

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində yenidən təmir işləri aparılıb. 

Qaynarinfo-nun məlumatına görə, partlayış baş verən su borusunun təmiri ilə bağlı dünəndən yenidən qazıntı işləri başlayıb. Ərazidə avtomobillərin hərəkətində də problemlər yaranıb.

"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı Qaynarinfo-ya bildirib ki, oktyabrın 26-da partlayış baş verən su borusunda su axmasının qarşısı alınıb: "Amma mühəndislərin verdiyi qərarla kəmərdə təmir-bərpa işləri dünən yenidən aparılıb. İşlər artıq tamamlanıb. Hazırda sözügedən yolda avtomobillər maneəsiz hərəkət edirlər. Avtobusların hərəkət istiqamətində də hər hansı bir dəyişiklik olmayıb".

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirib ki, Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar 77 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. İşlər yekunlaşana qədər qeyd olunan xətlər üzrə avtobuslar Məhəmməd Xiyabani küçəsindən keçməklə fəaliyyət göstərəcək.

Əhməd