Video 10:36 25.05.2019

Yaşar Nurinin qızı müğənniliyə başladı (VİDEO)

Mərhum, sevilən xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı da müğənniliyə başlayıb.

Qaynarinfo xəbər verir ki, onun "Instagram" səhifəsindən paylaşdığı videogörüntü izləyicilərin marağına səbəb olub. 

Videoda "Yuxu” qrupunun "Xəzərin sahilində” mahnısını yeni formada ifa etməsi çox bəyənilib. İzləyicilər Ülkərin ünvanına tərif mesajları yazıblar.