Xəbər lenti

Yaşca özündən kiçik kişilərlə ailə quran, sevgili olan məşhurlarımız (SİYAHI)
Maqazin 18:51 09.10.2019

Yaşca özündən kiçik kişilərlə ailə quran, sevgili olan məşhurlarımız (SİYAHI)

Sənətdə olan məşhurların sənətləri qədər münasibətləri, evlilikləri də hər zaman maraq dairəsində olub. Əsasən də xanım sənətçilər münasibətdə olduğu insanlarla tez-tez gündəmə gəlirlər. Əgər bu münasibətdə xanım tərəf yaşca böykdürsə, deməli, marağın daha böyük olmaq ehtimalı yüksəkdir.

Qaynarinfo ölkə.az-a istinadən yaşca özündən kiçik bəylərlə münasibəti (evlilik, sevgililik, vətəndaş nikahı və sair) olan məşhur xanımlarla bağlı kiçik araşdırmanı təqdim edir. 

Azərbaycan xalq artisti Leyla Şıxlinskaya dörd dəfə ailəli olub. Onun həyat yoldaşlarından birinin Şıxlinskayadan yaşca kiçik olduğu bildirilir. 

Əməkda artist Ruhəngiz Musəvi öz həyat yoldaşından 12 yaş böyük olub. Sənətçi bir müddət öncə mətbuata verdiyi açıqlamada sözügedən şəxsdən ayrıldığını bildirib.

Xalq artisti Aygün Kazımova uzun illər münasibətdə olduğu duet ortağı Namiq Qaraçuxurludan 7 yaş böyük olub. 

Əməkdar artist Nüşabə Ələsgərli Rza adlı İran əsilli həyat yoldaşından 7 yaş  yaşca böyükdür.

Telli Borçalı haqqında bir müddət öncə yayılan xəbərlərdə onun özündən 17 yaş kiçik sənətçiylə münasibətdə olduğu qeyd edilirdi. Hətta o, bu məlumatı yayan jurnalistlə bağlı məhkəməyə müraciət etsə də, iddiası rədd edilmişdi.

46 yaşlı aktrisa Naina İbrahimova da yoldaşından yaşca böyük olan məşhurların sırasındadır.

Əməkdar artist, rəqqasə Məryəm Süleymanova ailə qurduğu şəxsdən 12 yaş böyükdür. 
 
Əməkdar artist Elnarə Abdullayeva da həyat yoldaşından 4 yaş böyükdür.

Müğənni Natavan Həbibi ikinci dəfə barışdığı həyat yoldaşı Dadodan 6 yaş böyükdür. 

"Eurovision" təmsilçimiz Səbinə Babayeva da həyat yoldaşından 6 yaş böyükdür. O, vaxtilə teleməkanın ən baxımlı layihələrindən olan "Qəfəs"in iştirakçısı olmuş Cavidan Şərifovla ailə qurub. Şərifov ixtisasca rejissordur. 

Aktrisa Xuraman Əlizadə həyat yoldaşından 5 yaş böyükdür.

Aktrisa Tünzalə Əliyevanın da öz həyat yoldaşından 15 yaş böyük olduğu bilinir. 

Qeyd edək ki, dünyaca məşhur ulduzlardan Alla Puqaçova həyat yoldaşı Maksim Qalkidən 27 yaş, Türkiyəli müğənni Zerrin Özer həyat yoldaşından 27 yaş böyükdürlər. Seda Sayan və Bülent Ersoy kimi məşhurlar da tez-tez yaşca özlərindən kiçik sevgililəri ilə gündəmə gələn xanım məşhurlar sırasındadırlar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->