Yay aylarında şüursuz şəkildə edilən su fəaliyyətlərinin ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Qaynarinfo "CNN Türk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Baş İnsult Mərkəzindən Prof. Dr. Demet Funda deyib.
O, xüsusilə dənizə balıqlama tullanma və dərindən suya başla dalma hərəkətlərinə qarşı xəbərdarlıq edib. Bu cür hərəkətlərin boyun travmalarına səbəb ola biləcəyini və daimi iflic riskini artırdığını bildirib.
Həkim deyib: "Baş suya sərt dəydikdə, sanki betona çırpılmış kimi təsir göstərir. Bu cür zərbələr kəllə-beyin travmasına və daimi ifliclərə səbəb ola bilər".
O, eyni zamanda şiddətli boyun ağrıları, üz əyriliyi, nitq pozuntusu və görmə itkiləri kimi əlamətlərin damar yırtılması nəticəsində baş verən insult (iflic) əlamətləri ola biləcəyini vurğulayıb. Belə hallarda vaxt itirmədən bir mütəxəssisə müraciət edilməsinin vacibliyini qeyd edib.
İflic dünyada həm əlillik, həm də ölüm hallarının əsas səbəblərindən biridir. Xüsusilə yaşlılar, xroniki beyin damar xəstəliyi, ürək xəstəlikləri, hipertoniya və şəkərli diabeti olan şəxslər yay aylarında isti havaların təsiri ilə insult riski ilə daha çox qarşılaşırlar.
Professor günorta saatlarında günəşin dik şüalarından qorunmağın vacib olduğunu və açıq hava fəaliyyətlərinin həmin saatlarda məhdudlaşdırılmalı olduğunu bildirib. Yay aylarında orqanizmin su itkisinin artdığını və susuzlaşmanın (dehidrasiya) sağlamlıq problemlərinə yol aça biləcəyini də qeyd edib:
"Kifayət qədər su qəbulu çox önəmlidir. Bundan əlavə, həddindən artıq kafein və alkoqol istifadəsindən çəkinmək lazımdır," – deyə xəbərdarlıq edib".
Aydın
Şərhlər