Xəbər lenti

Bir milyarddan çox insanın xəstəliyi - ÜST xəbərdarlıq etdi
Sağlamlıq 12:12 02.12.2025

Bir milyarddan çox insanın xəstəliyi - ÜST xəbərdarlıq etdi

"Dünyada bir milyarddan çox insan piylənmə ilə yaşayır və bu rəqəmlərinÜST 2030-cu ilə qədər iki dəfə artacağı gözlənilir”.
 
Qaynarinfo xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, piylənmə dövrümüzün ən ciddi ictimai səhiyyə problemlərindən biridir. 

ÜST-ün Baş direktoru qeyd edib ki, piylənmə ürək xəstəlikləri, şəkərli diabet və bəzi xərçəng növlərinə səbəb olan xroniki və təkrarlanan bir xəstəlikdir.

Qebreyesus vurğulayıb ki, 2024-cü ildə piylənmə dünyada 3,7 milyon ölüm ilə əlaqələndirilib və bu vəziyyət səhiyyə sistemləri ilə iqtisadiyyatlara böyük təzyiq göstərir:

"Son illərdə əvvəlcə diabetin müalicəsi üçün hazırlanmış qlükaqonabənzər peptid-1 reseptor agonistləri (GLP-1-lər) adlanan dərman sinfi bir çox ölkədə piylənmə müalicəsi üçün təsdiqlənib. Bu ilin sentyabrında ÜST yüksək risk qruplarında diabet müalicəsi üçün GLP-1-i əsas dərmanlar siyahısına daxil etdi. Bu gün isə böyüklərdə piylənmənin müalicəsində GLP-1-lərin istifadəsinə dair yeni tövsiyələr dərc edirik. Bu yeni dərmanlar milyonlarla insan üçün ümidverici güclü kliniki vasitədir”.

Piylənmə böhranının yalnız dərmanlarla həll olunmayacağını vurğulayan Qebreyesus bildirib ki, piylənmə hərtərəfli və ömürboyu qayğı tələb edən mürəkkəb bir xəstəlikdir.

O qeyd edib ki, piylənmənin bir çox sosial, kommersiya və ekoloji təyinediciləri var və onunla mübarizə üçün müxtəlif sahələrdə səylər göstərilməlidir. Bu səbəbdən hazırlanan təlimat müxtəlif terapiyaların inteqrasiyasına əsaslanır.

Qebreyesus təlimatın 3 terapiyaya əsaslanan bütöv strategiya təqdim etdiyini qeyd edərək deyib ki, birincisi, güclü siyasətlər vasitəsilə daha sağlam mühitlər yaratmaq, ikincisi isə skrininq və erkən müdaxilə yolu ilə yüksək risk altında olan fərdləri qorumaq. Üçüncüsü isə piylənmə ilə yaşayanlar üçün ömürboyu, insana yönəlik tibbi xidmətə çıxışı təmin etməkdir.
 
Günay

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->