Xəbər lenti

Ölkə 17:41 27.07.2020

Yayılan məlumatların Prezidentin qızına heç bir aidiyyatı yoxdur - DTX

Bəzi internet resurslarında Azərbaycan Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətdə, guya istifadəçilərə hərbi məsələlərlə bağlı paylaşım etməməyə çağırışlar yer alıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Qaynarinfo-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla qeyd olunan məlumatların saxta profillərdən istifadə edilməklə ictimai rəyi çaşdırmaq və sensasiya naminə yayımlandığı və belə məlumatların Arzu Əliyevaya heç bir aidiyyatının olmadığı müəyyən edilib.

Bildiririk ki, hazırda sosial şəbəkələrdə bu cür təxribat xarakterli paylaşımları edən şəxslərin müəyyənləşdirilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün fəaliyyət davam etdirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?