Yelo Bank-dan mikrokreditlərə tam yeni yanaşma

Yelo Bank-dan mikrokreditlərə tam yeni yanaşma

Hər dəfə biznes kredit almaq üçün banka getməkdən, gözləməkdən və sənədləşmələrdən yorulmusunuz? O zaman Yelo Bank-ın təklif etdiyi yenilik sizin üçündür!

Qaynarinfo xəbər verir ki, Yelo Bank tərəfindən Azərbaycanda ilk dəfə mikro biznes sahiblərinə kreditlərin karta köçürülməsi imkanı yaradılıb. Xidmətdən istifadə etmək üçün yalnız bir dəfə banka yaxınlaşaraq kart almağınız və krediti rəsmiləşdirməyiniz kifayətdir.
Bu yeniliyin ən üstün cəhəti növbəti kredit məbləğlərini banka gəlmədən, onlayn olaraq, cəmi bir neçə toxunuşa əldə edə bilməyinizdir. 5 illik unikal mikro biznes kartı bank tərəfindən hədiyyə edilir.

Kart ilə 50 min manatadək məbləği, 36 ay müddətə əldə edə bilərsiniz.Bununla bərabər Yelo Bank müştərilərinə 12 ayadək güzəşt müddəti və ödəniş planını öz biznesinə uyğun seçmək imkanı da verir.

Üstünlüklər bununla bitmir. Kreditin rəsmiləşdirilməsi zamanı şərti girov və ya evə baxış tələb olunmur. Sığorta və hesabın açılması kimi hər hansı əlavə xərc də yoxdur.

Artıq kredit götürmək üçün filiala yaxınlaşmaq, sıra gözləyib vaxt itirmənizə ehtiyac qalmayacaq. Dəyərli vaxtınızı daha səmərəli istifadə edib biznesinizə ayıra biləcəksiz.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR