Dünya 11:40 08.04.2019

Yəməndə fövqəladə vəziyyət elan edildi

Yəməndə vəba səbəbilə fövqəladə vəziyyət elan edilib.

Qaynarinfo xəbər verir ki, Səhiyyə Naziri Taha Əl Mütəvəkkil xəstəliklə mübarizə məqsədilə bu qərarın qəbul edildiyini açıqlayıb. 

5 ildir vətəndaş müharibəsinin davam etdiyi Yəməndə 17 mart 2019-cu ilə qədər 109 min vəba diaqnozu qoyulub, 190 insan həyatını itirib. 

Gülşən