Xəbər lenti

Dünya 09:35 30.07.2018

Yəməndə silahlı qarşıdurma: 36 ölü, 50 yaralı

Yəmənin Əl Bəyda şəhərində hökümət və Husi qüvvələri arasında qarşıdurma yaşanıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 36 Husi üzvü öldürülüb, 50-si isə yaralanıb. Ordunun itkiləri barədə məlumat verilmir. 

Qeyd edək ki, Yəməndə 2014-cü ildən bəri vətəndaş müharibəsi hökm sürür. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin dəstək verdiyi hökümət qüvvələri ilə İranın dəstlədiyi Husilər arasında müharibə davam edir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->