Bu gün Heydər Əliyev adına beynəlxalq hava limanının aerovağzal kompleksinin açılışı olacaq. Anspress-in 1news.az-a istinadən verdiyi xəbərə görə, aerovağzal kompleksi il ərazində 6 milyon sərnişinə xidmət edəcək.
Üçbucaq formasında inşa olunan terminalın dördmərtəbəli binasında dünya aviasiya sənayesinin son elmi-texniki naliyyətləri geniş istifadə olunacaq.
İstismara verildikdən sonra yeni terminaldan beynəlxalq, yerli aviareyslər həyata keçiriləcək.
Qeyd edək ki, yeni aerovağzal kompleksinin inşası hələ 2011-ci ilin martında başlamışdı.
Qaynar.info
Şərhlər