Yeni il bayramı yaxınlaşdıqca paytaxtda balıq və balıq məhsullarının qiymətində artım müşahidə olunur.
Qaynarinfo qiymətləri öyrənmək üçün "Eurohome” balıq bazarı ilə əlaqə saxlayıb. Satıcılar balığın qiymətində artım olduğunu təsdiqləyiblər.
Hazırda bazarda balıq məhsullarının qiyməti aşağıdakı kimidir:
Kütüm (ziyad) - kilosu 20-25 manat;
Belyuqa - kilosu 35-40 manat;
Osatrin-nərə - bazarda bu balıq satışda yoxdur;
Farel - bir kilosu 12 manat idi, hazırda 15 manata qalxıb;
Sazan - bir kilosu 9 manatdır. Bəzi yerlərdə isə 12 manata təklif edilir;
Çupra - bir kilosunun qiyməti 18-20 manat arasındadır;
Xanı – kilosu 7 manata satılır. Bundan əvvəl isə 4-5 manat olub;
İlanbalıq - bir ədədinin qiyməti 3 manat 50 qəpikdir. Bu qiymət 10 ədəddən yuxarı alanlar üçündür. Amma ondan aşağı ilanbalığı alanlara bir ədədi 4 manata təklif edilir.
Satıcılar deyir ki, bayram günü qiymətlərdə artım olur. Amma bu, daha çox kütüm və belyuqa balıqlarında müşahidə olunur ki, onları da həmin günü tapmaq mümkün olmur.
Bahar Rüstəmli
Şərhlər