Yeni Klinika tibb müəssisəsi bir aya yaxındır direktorsuz qalıb. Klinikanın direktoru Pərviz Abbasov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, koronaviruslu xəstələrin tibb müəssisəsinə yerləşdirilməsi müqabilində rüşvət almaqda ittiham olunur.
Valyuta.az Musavat.com-a istinadən xəbər verir ki, klinikanın direktoru vəzifəsinə hazırda Mərkəzi Neftçilər Xəstəxanasının direktoru olan Musa Abbasovun gətiriləcəyi gözlənilir.
Artıq Musa Abbasov bir neçə gündür Yeni Klinikaya baş çəkir. Təhvil-təslim prosesinin aparılması ilə bağlı məlumat var.
Bildirilir ki, yaxın günlərdə Musa Abbasovun direktor təyin olunması rəsmi olaraq açıqlanacaq.
Şərhlər