Filippinin Luzon adasında yerləşən Kalao mağarasından qədim insan qalıqları aşkarlanıb.
Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, həmin canlının yeni növ olduğu müəyyənləşib və ona "Homo luzonensis" adlı verilib. Qədim insanın 50 min - 67 min əvvəl yaşadığı güman edilir. O, təxminən 1,2 metr boya sahib olub və ağaca dırmaşa bilib.
"Homo luzonensis"a aid 7 diş, 2 əl sümüyü, 3 ayaq sümüyü, 1 bud sümüyü aşkarlanıb. Qalıqlar 2 yetkin və 1 uşağa məxsusdur.
Tapıntı qədim insanın anatomiyasını öyrənmək üçün əhəmiyyətli hesab edilir.
Gülşən
Şərhlər