Xəbər lenti

Yeni peyvənd növü gəlir - Xərçəng, diabet və Alzaymerə qarşı
Sağlamlıq 13:42 09.12.2019

Yeni peyvənd növü gəlir - Xərçəng, diabet və Alzaymerə qarşı

Xərçəngə, şəkərli diabetə və Alzeymerə insanın ağız boşluğunda yaranan bakteriyalar səbəb olurmuş.

Qaynarinfo "Yeni sabah”a istinadən xəbər verir ki, tibbi məhsullar istehsal edən "Cortexyme" şirkətinin mütəxəssisləri uzun araşdırmalardan sonra bu nəticəyə gəlib.

Alimlər sübut ediblər ki, bu xəstəliklərin əsas səbəblərindən biri də diş əti xəstəliklərinin də səbəbkarı olan "Porphyromonas gingivalis" bakteriyalarıdır. Sözü gedən bakteriyalar həyati əhəmiyyəti olan orqanlarda iltihablanmaya səbəb ola bilir. Siçanlar üzərində aparılan tədqiqatda bu bakteriyaların diş əti xəstəliklərinə, diabetə, qaraciyər piylənməsinə və Alzeymer xəstəliyinə səbəb olduğu sübuta yetirilib.

Mütəxəssislərin sözlərinə görə, bu bakteriyalar qan hüceyrələrinə daxil olaraq bədəndə səyahət edir və orqanlara asanlıqla yayılırlar. Bu bakteriyaları antiboitiklə məhv etmək mümkün deyil. "Porphyromonas gingivalis" bakteriyalarına körpələrdə rast gəlinmir, onlar 12-13 yaşdan sonra ağız boşluğunda çoxalmağa başlayır. Buna görə də bakteriyaların qarşısını almağın tək yolu peyvənddir. Hazırda müvafiq peyvəndin hazırlanması üzərində iş gedir. Peyvənd hazır olduqdan sonra dünyada milyonlarla insan bu bakteriya səbəbilə xərçəng, diabet və ya Alzeymer xəstəsi olmaqdan xilas ediləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->