Xəbər lenti

Yeni prezidentin oğlu korrupsiyada ittiham edilir
Dünya 13:48 21.01.2019

Yeni prezidentin oğlu korrupsiyada ittiham edilir

Vəzifəsinin icrasına yeni başlayan Jair Bolsonaronun oğlu və müşaviri Flavio Bolsonaro barədə istintaq prosesinə start verilib.

Qaynarinfo xəbər verir ki Maliyyə Fəaliyyətlərinin İdarə Olunması Şurasının məlumatına görə, Flavionun bank hesabında son 1 ayda 48 şübhəli məqam müəyyənləşdirilib. Ümumilikdə 25 500 dollar xərclənib. Braziliya mediası isə prezident oğlunun hesabında 270 min dollar dəyərində dəyişiklik olduğunu yazıb.

Flavio Bolsonaronun sürücüsü Fabrisio Keyrozun bank hesabına son 1 ildə 320 min, son 3 ildə isə 1 milyon 865 min dollar transfer edilib. Sürücünün aylıq məvacibi 5 min dollardan azdır.

Qeyd edək ki, Jair Bolsonaro seçki dövründə ölkədə korrupsiyanı sıfıra endirəcəyini söz vermişdi.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->