Digər valyutalar qarşısında ABŞ dollarının möhkəmlənməsi və inkişaf etməkdə olan ölkələrin bazarlarından kapital axını dünyanı yeni maliyyə böhranı ilə üzləşdirə bilər.
Bunu amerikalı milyarder, rəngli inqilabların sponsoru Corc Soros Parisdəki çıxışında bildirib.
"ABŞ-ın İranla nüvə sazişindən çıxması və Avropa İttifaqı ilə ABŞ arasındakı transatlantik birliyin iflası Avropa iqtisadiyyatına mütləq şəkildə təsir edəcək ki, bu da inkişaf etməkdə olan valyuta bazarlarının devalvasiyası da daxil olmaqla, digər dəyişikliklərə gətirib çıxaracaq. Bir çox şey düz getməyib. Məsələn, Avropada miqrant böhranı, sərt iqtisadi siyasət üzündən populistlərin hakimiyyətə gəlməsi, həmçinin Breksit timsalında ərazi dezinteqrasiyası və s. ” – deyə Soros bildirib.
Onun sözlərinə görə, Avropanın həyati təhlükədə olması artıq sadəcə çıxışlarda səslənən fikir yox, acı reallıqdır: "Avropa qitəsinə miqrasiya təzyiqi məhdudlaşdırılmalı, Avropa İttifaqı radikal transformasiya keçməli və hətta, İttifaq ölkələri vahid valyuta istifadəsindən imtina etməlidirlər". (azvision.az)
Şərhlər