"Missis Rusiya - 2019” gözəllik müsabiqəsinin qalibi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi Gelencikdən olan 33 yaşlı Yekaterina Nişanova seçilib.
Yarışmanın finalı Lyudmila Ryuminin rəhbərliyi ilə Moskva Mədəniyyət Folklor Mərkəzində keçirilib. Finalda Rusiyanın müxtəlif bölgələrindən olan 27 gözəl iştirak edib.
"Missis Rusiya Globe” nominasiyasının qalibi Kemerovadan Kseniya Krivko olub. O, Çində keçiriləcək "Missis Qlobe” gözəllik yarışmasında ölkəsini təmsil edəcək.
Şərhlər