Ölkə 14:55 12.03.2020

Yeni səfir kimin kürəkənidir (DOSYE)

Prezidentin sərəncamı ilə Adış Sakit oğlu Məmmədov Çex Respublikasına səfir təyin edilib.

Qaynarinfo bakupost.az-a istinadən xəbər verir ki, o, 2013-2018-ci illərdə İsveç və Norveç krallıqlarında, eyni zamanda Finlandiya Respublikasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

17 dekabr 1968-ci ildə Cəlilabad rayonunun Seyidbazar kəndində anadan olan Adış Məmmədov Qafqaz Müsəlmaanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkənidir.

O, şeyxin böyük qızı Əmanət Paşazadənin həyat yoldaşıdır.