Dünya 11:08 10.03.2020

Yens Stoltenberq: “Türkiyə NATO-nun vacib müttəfiqidir”

Türkiyə NATO-nun terrorla mübarizədə və miqrasiya böhranının həllinə misilsiz bir töhfə verən vacib müttəfiqidir. 

Qaynarinfo xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.

"Terrorizmdən Türkiyə qədər başqa heç bir müttəfiqimiz zərər görməyib. Türkiyədən başqa heç bir müttəfiqimiz də qaçqın qəbul etmir", - baş katib deyib.

Şimali Atlantika Alyansının rəhbəri Türkiyənin bölgədəki təhlükəsizliyi təmin etmək səylərini yüksək qiymətləndirib.

O, qeyd edib ki, blok Türkiyəni raketdən müdafiə sahəsində dəstəkləyir: 

"Biz də hava və dəniz qüvvələrimizlə Türkiyəni dəstəkləyirik. Müttəfiqlər Türkiyəyə dəstəyi davam etdirməyə və başqa hansı işlərin görülməsini öyrənməyə hazırdırlar".

Stoltenberq Suriyadakı vəziyyətdən və bu ölkədəki hadisələrin səbəb olduğu miqrasiya böhranından da narahatlığını ifadə edib: 

"Əsəd rejimi və Rusiya mülki əhaliyə saysız-hesabsız əziyyətlər verib".

NATO baş katibi Moskva zirvəsindən sonra İdlibdə əldə olunan atəşkəs razılaşmasının davamlı sülhə çevriləcəyinə ümid etdiyini bildirib.

Alpər