Dünya 09:34 10.06.2019

Yerə asteroid düşə bilər

Yerə asteroid düşə bilər.

Qaynarinfo "İnternational Business Times”a istinadən xəbər verir ki, 2006 QV89 adlı asteroid futbol meydançası böyüklükdədir.  Onun planetimizlə toqquşma ehtimalı yeddi mində birə bərabərdir. Toqquşma 9 sentyabr 2019-cu ilə təsadüf edə bilər. 

Asteroid həm Avropa Kosmik Agentliyinin, həm də mütəxəssislərdə daha çox narahatlıq yaradan kosmik obyektlərin siyahısında dördüncü yerdə qərarlaşıb. Modelləşdirmə nəticələrinə əsasən, asteroid, böyük ehtimalla, Yerdən 6,7 milyon  kilometrdən çox uzaqlıqdan keçəcək.