Yerevan Vardenis-Ağdərə yolundan istifadə üçün Bakıdan icazə istəyir (VİDEO)
Ermənistan hökuməti Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Azərbaycanla danışıqlar aparır.
Danışıqlar Moskvanın vasitəçiliyi ilə həyata keçirilir.
Yolun böyük hissəsinin Azərbaycanın nəzarətinə qayıtmasından sonra rəsmi İrəvan yoldan müəyyən qrafik üzrə istifadə etmək icazəsi istəyib.
Bundan əvvəl, keçmiş Ağdərə rayonunun Drambon kəndinin sakinləri rusiyalı sülhməramlılardan Ermənistana gedib-gəlmək üçün həmin yoldan istifadə etmək istədiklərini bildirmişdilər. //modern.az
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər