Yerli startap 520 milyon dollarlıq investisiyadan imtina edir? - SƏBƏB
Yerli startap Azərbaycana investisiya gətirməkdə çətinlik çəkir . Şirkət yarım milyard dollardan artıq investisiya yatırımından imtina etmək məcburiyyətindədir.
Qaynarinfo xəbər verir ki, barədə EkoNews-a müsahibəsində "Qılınc və Qartal” Şirkətinin qurucusu Tural İsmayılzadə bildirib. Azərbaycanı ölkə daxilində və xaricində təmsil edən iş adamlarına və yatırımcılara səslənən startapçı, onları ölkənin gələcəyi üçün önəmli olan layihələrin icrasında yaxından iştirak etməyə çağırıb. O, Azərbaycanda "Lütfi Zadə”, "J-RUN” və "Hyper Water Car” kimi layihələrin qurucusu kimi tanınır.
2018-ci ilin iyun ayında əsası qoyulan şirkət dünyanın qabaqcıl "Mələk investorları” və "venture kapitalist”ləri ilə danışıqlar aparır. Uzun müddət davam edən danışıqlardan sonra yatırımçılar layihələrə maliyyə ayırmaq qərarına gəliblər. 5 müxtəlif şirkət öz niyyət məktubunu imzalayaraq şirkətə göndərib. İlk dəfə qeyri-neft sektorundan ölkəyə birdəfəyə bu həcmdə maliyyə daxil ola bilərdi.
Vəsaiti qəbul etməyə hazırlaşan şirkət gözlənilmədən çox böyük problemlə üz-üzə gəlib. Müraciət olunan yerli banklar investisiyanın hesaba köçməsi üçün tələb olunan zəmanət sənədini imzalamayıb. İlkin mərhələdə Səudiyyə Ərəbistanında yerləşən şirkət 50 000 000 ABŞ dolları və Qətərdə yerləşən digər şirkət isə 471 000 000 ABŞ dolları dəyərində sövdələşməni ləvğ edib.
Şirkət hal-hazırda digər 3 şirkətlə danışıqları davam etdirir və uzun dirənişdən sonra yatırımcılar bank zəmanəti olmadan maliyyə yatırmağa razılıq verib. Ancaq şirkətin önündə aşmalı olduğu 5 maneə daha var ki, müəyyən maliyyə xərcləri tələb edir. Yeni başlayan bir startap üçün bu çox böyük məbləğ olsa da dəstək ola biləcək yerli iş adamları üçün bu məbləğ ( 75 000 dollar) heç də böyük məbləğ deyil:
1) Yatırımcıların MIGA (Çöxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi, Dünya Bankı Qrupunun üzvü, dünyanın ən nüfuzlu investisiya zəmanət qurumu) zəmanətinin səfər müqaviləsi – 3 000 ABŞ dolları.
2) Vəsaitlərin köçürülməsi üçün xüsusi məqsədli Escrow hesabın açılması – 6 500 ABŞ dolları.
3) Köçürüləcək vəsaitin sığorta haqqı – 19 500 Avro.
4) Hüquqi xidmət haqqı – 31 000 Avro.
5) Digər xərclər: 15 000 ABŞ dolları.
"Bu məbləğ üçün bu günə qədər xaricdə yaşayan, beynəlxalq nüfuza sahib olan azərbaycanlı və türk iş adamları ilə əlaqə saxlamışıq. Əfsuslar olsun ki, onlar bizi qəbul etməkdən imtina ediblər. Onlar başa düşməlidilər ki, bu startaplar Türk dünyasının qüruru və gələcəyidir. Bizim investisiya yatırımını qəbul etmək və ya imtina etmək üçün 1 həftə vaxtımız var. Bizə investisiyanın cəlbində yaranan problemləri həll etməkdə kömək edən iş adamlarına və ya şirkətlərə investisiya bizim bank hesabımıza köçdükdən sonra həmin vəsaiti 3 qatı ilə geri ödəməyə hazırıq" - deyə Tural İsmayılzadə bildirib.
Şərhlər