Bu gün Yevlax şəhərində özünü yandıran Nizami Kərimov hazırda Yevlax şəhər xəstəxanasının reanimasiyadadır və vəziyyəti orta ağırdır.
N.Kərimovun sosial yardım almaq üçün Sosial Müdafiə Fondunun Yevlax şöbəsinə müraciət etsə də yardım pulunu ala bilmədiyindən özünü yandırdığı bildirilir. Onun 3 uşağı var. Qardaşı Fəxrəddin Yusif oğlu Kərimov Qarabagda şəhid olub.
Məsələ ilə bağlı Yevlax Rayon Prokurorluğundan “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.
Qaynar.info
Şərhlər