İdman 10:15 22.01.2022

Yığmamız Avropa çempionatında ilk matçını keçirəcək

Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan millisi ilk oyununu keçirəcək.
 
Qaynarinfo xəbər verir ki, D qrupunun açılış qarşılaşmasında komandamız Gürcüstan yığması ilə üz-üzə gələcək. Matç saat 17:30-da başlayacaq və İTV vasitəsilə canlı yayımlanacaq.
 
Millimiz 6-cı, Gürcüstan yığması isə ilk dəfə final mərhələsində iştirak edir.
 
Avropa Çempionının final mərhələsi

Gürcüstan – Azərbaycan
 
Hakimlər: Cedric Pelissier (Fransa), Daniel Matkovic (İsveçrə), Nikola Jelic (Xorvatiya)
Timekeeper: Vedran Babic (Xorvatiya)
22 yanvar. Qroningen, Martini Plaza. Saat 17:30

Səbuhi Həsənov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?