Texnologiya 11:36 01.02.2019

"Youtube"un işində problem yaranıb

"Youtube" video şəbəkəsində problem yaranıb.

Qaynarinfo xəbər verir ki, problem Rusiya, Böyük Britaniya, Almaniya, ABŞ, Braziliya, Azərbaycan və bir çox ölkələrdəki istifadəçilərin yarısından çoxunda müşahidə edilir. Bəzi şəxslər profillərinə daxil ola bilmir, video izləyərkən kəsilmələr yaşanır, videoların adları yanlış qeyd olunur və s.

Qeyd edək ki, şirkət məsələ ilə bağlı açıqlama verməyib.

Gülşən