Xəbər lenti

Yoxlamaların daha bir il dayandırılması sahibkarlar üçün nə vəd edir? (ŞƏRH)
Ekonomiks 19:00 22.01.2025

Yoxlamaların daha bir il dayandırılması sahibkarlar üçün nə vəd edir? (ŞƏRH)

"Hazırda sahibkarlar çox ağır yükün altındadır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2026-cı il yanvarın 1-nə qədər uzadılması qərarından danışarkən deyib.
 
Ekspert sahibkarların çoxunun öz fəaliyyətini dayandırdığını vurğulayıb:

"Son iki ildə bir çox sahibkar fəaliyyətini dayandırıb. Bundan əvvəlki illərdə də bu qərar verilmişdi. Bu qərar indi daha bir il uzadılıb. Sahibkarların fəaliyyətinə bürokratik əngəllərin azaldılması məqsədi ilə bu qanun qüvvəyə minib. Qərar təqdirəlayiqdir”.
 


Ekspert hesab edir ki, qanunun müddəti uzadılmasaydı, əlavə dəyişikliklər edilməsəydi, müvafiq orqanlar qarşısında heç bir maneə olmayacaqdı:

"Hərə bir tərəfdən sahibkarı yoxlayır, onları cərimələyir, sanksiyalar qoyur və s. Ona görə də sahibkarlar fəaliyyətini dayandırmaq məcburiyyətində qalır. Bu yoxlamalar da gəlsə, o zaman ölkədə fəaliyyət göstərən sahibkar qalmaz”.

Qeyd edək ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2026-cı il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->