Braziliyada yük gəmisindən dənizə düşən konteynerdəki mallar əhali tərəfindən yağmalanıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, konteyneri dənizdə görən bəzi sakinlər hücum çəkib və içindəki velosiped, geyim, çanta və s. əşyaları oğurlayıb. Hadisə ilə bağlı 11 nəfər həbs edilib.
Qeyd edək ki, 45 konteyner gəmidən dənizə düşüb və hadisənin səbəbi hələlik bilinmir.
Gəminin sahibi olan şirkət qəzaya pis hava şəraitinin səbəb olduğunu bildirir.
Gülşən
Qaynarinfo.Az
Şərhlər