Xəbər lenti

Gömrük Komitəsindən şirkətlərə qarşı ayrıseçkilik, yaxud
Ekonomiks 11:11 24.05.2024

Gömrük Komitəsindən şirkətlərə qarşı ayrıseçkilik, yaxud "Smart Customs" anlaşılmazlığı (ARAŞDIRMA)

Son vaxtlar sosial şəbəkələrdə "Smart Customs"da bağlamaların bəyan edilməsi ilə bağlı suallar artıb.

Qaynarinfo məsələnin aktuallığını nəzərə alaraq kiçik bir araşdırma aparıb. 

Məlum olub ki, mövcud vəziyyət vətəndaşları çıxılmaz duruma salıb. Söhbət illərdir davam edən şirkətlərə fərqli yanaşmadan və fərqli bəyanetmə mexanizmindən gedir. Məsələn, əgər müştəri yerli şirkətin xidmətindən istifadə edirsə, bu zaman bağlamanı "Smart Customs"da bəyan etmək məcburidir. Yox əgər müştəri xarici şirkətin xidmətindən yaralanırsa, "Smart Customs"da bəyan etmədən də bağlamaların gömrük buraxılışı mümkündür. 



Bu ədalətsiz yanaşma bir yana. Bəs müştərilərin şikayəti nədəndir?

Araşdırmamız zamanı aydın olub ki, yerli şirkətlərin çoxlu şikayətləri fonunda gömrük orqanları xarici şirkətlərlə bağlı da malların "Smart Customs"da bəyan edilməsi tələbini qoyub. Bu isə illərdir xarici şirkətlərin xidmətindən heç bir bəyan etmədən istifadə edən vətəndaşlarda çaşqınlıq yaranıb. Məsələ burasındadır ki, xarici şirkətlər "Smart Customs"a inteqrasiya olunmadığı üçün bəyan etmək də çətindir. 

Qaynarinfo mövzu ilə əlaqədar Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt daşımaları üzrə məsul şəxsi Elçin Alverdiyevlə əlaqə saxlayıb. İlk sualmızı xarici və yerli şirkətlərə fərqli yanaşma ilə bağlı olub. Elçin Alverdiyev bunu belə izah edib:



"Bu fərqli yanaşma deyil. Sadəcə "Poçt haqqında" Qanuna əasasən xarici şirkətlər qarşısında belə tələb qoyulmayıb. Lakin gələcək günlərdə bütün daşıma şürkətləri qarşısında belə tələb qoymaq fikrimiz var".

Artıq bəzi xarici şirkətlərin qarşısında belə bir tələb qoyulduğu barədə iddiaya gəlincə, DGK əməkdaşı faktı təsdiqləyib.

"Bəli, mərhələli şəkildə bunu edirik. İstəyimiz odur ki, ölkəyə idxal olunan hər bir yükün əvvəlcədən "Smart Customs"da bəyan edilsin və şirkət tərəfindən bütün məlumatlar bizə təqdim olunsun ki, aylıq 300 dollarlıq limitə nəzarət imkanlarımız yaransın. Əks təqdirdə aylıq limitə nəzarət etmək çətinləşir", deyə DGK rəsmisi bildirib. 

Elçin Alverdiyev onu da əlavə edib ki, xarici şirkətlərin "Smart Customs"a inteqrasiyası texniki məsələdir və yaxın günlərdə bu problem həllini tapacaq. 



Qısa müddətdə hər şey qaydasına düşəcək", deyə o, bildirib.
 
"Smart Cutoms" tətbiqi üzrə əlaqədar şəxs olan Rauf Quliyevlə isə danışmaq mümkün olmayıb. O zənglərimizə cavab verməyib.

"Poçt haqqında" Qanunla yanaşı, əlavə olaraq sadələşdirilmiş şəkildə bəyanetməni tənzimləyən Nazirlər Kabinetinin qəbul etdiyi 305 nömrəli qərara baxdıq. Bu qərarda həqiqətən də beynəlxalq poçt şirkətləri vasitəsi ilə gələn bağlamalar üçün əlavə bəyanetmə tələbi olmadığını gördük. Deməli, fərqli yanaşmanı gömrük orqanları elə 305 nömrəli qərarı əsas tutaraq ediblər. O zaman sual olunur: Bu şirkətlərin xidmətindən istifadə edən vətəndaşların 300 dollarlıq aylıq limitlərini izləmək üçün hansı sistem qurulub? Bir halda ki, bəyanetmə tələbi yoxdur, onda gömrük niyə belə bir tələb qoyur? Əgər buna ehtiyac yoxdursa, yerli şirkətlərin xidmətindən istifadə edən vətəndaşların günahı nədir? Bununla bizə göndərişlərdə yerli şirkətlərin xidmətindən istifadə etməyinmi deyirlər? 
 

Bu sualların cavabı açıq qalır. Araşdırmamızı davam etdirəcəyik....

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->