Ölkə 17:01 16.01.2019

"Yüksək Texnologiyalar Parkı"na direktor təyin olundu

"AMEA Yüksək Texnologiyalar Parkı" MMC-yə yeni direktor təyin olunub.

Qurumdan Qaynarinfo-ya verilən məlumata görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.

Qərara əsasən, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov MMC-yə direktor təyin olunub.

AMEA Rəyasət Heyəti aparatının Katibliyinin müdiri vəzifəsinə də təyinat olub. Bu vəzifə Rəqsanə Əzizovaya həvalə edilib.