Video 23:15 20.04.2019

"Yuventus" ardıcıl 8-ci, ümumilikdə 35-ci dəfə İtaliya çempionu oldu (VİDEO)

"Yuventus" A Seriyasının XXXIII turunda "Fiorentina"nı qəbul edib.

Qaynarinfo xəbər verir ki, "Alyans Stadium"da baş tutan qarşılaşma turinlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Oyunda hesabı "Fiorentina" açıb. Ardınca Turin klubu iki qol vuraraq önə keçib.

Bu qələbə "Yuventus"un cari mövsümdə A Seriyasında çempionluğunu təmin edib. Turin klubu qələbə sayəsində xallarının sayını 87-yə çatdırıb və turnir cədvəlində liderliyini davam etdirir. İkinci pillədə "Napoli" qərarlaşıb. Neapol təmsilçisi ilə Massimiliano Alleqrinin komandası arasında xal fərqi 20-dir. Çempionatın bitməsinə isə 6 tur qalıb.

Bununla da "Yuventus"un ardıcıl 8-ci, ümumilikdə 35-ci dəfə İtaliya çempionu olub.