"Yuventus" Ronaldu ilə vidalaşa bilər

İtaliyanın "Yuventus" klubu iki aparıcı futbolçusundan biri ilə yollarını ayıra bilər.

"Report" "Tuttomercato" nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisi portuqaliyalı hücumçusu Kriştianu Ronaldu ilə niderlandlı müdafiəçisi Matteys de Liqt arasında seçim edir.

İddiaya görə, koronavirus pandemiyası üzündən ciddi maliyyə itkisi ilə üzləşən "qoca sinyora" vəziyyətdən çıxmaq üçün ulduz futbolçularından birini satmaq qərarına gəlib.

Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. 36 yaşlı forvard sözləşmə müddətinin uzadılmasına qarşı deyil. Amma klub rəhbərliyi hesab edir ki, təcrübəli oyunçu komandada qalsa, 1-2 ildən sonra dəyəri daha da azalacaq. Amma bu, onun turinlilərdən aldığı yüksək məvacibə təsir etməyəcək. Rəhbərlik çətin dönəmdə yüksək ödənişli futbolçunu saxlamağın məqsədəuyğun olmadığını düşünür.

Digər tərəfdən, Ronaldunun qalması üçün "Yuventus" ən bahalı ikinci transferi olan de Liqtlə vidalaşmalıdır. Maddi vəziyyət düzəlməsə, A Seriyasının son çempionu onlardan yalnız birinin komandada qalmasını təmin edə biləcək.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR