İdman 13:40 22.11.2020

“Yuventus”dan Ronaldu açıqlaması: Komandadan gedir?

"Yuventus"un idman direktoru Fabio Paratiçi komandanın ulduzu Kriştianu Ronaldunun komandadan ayrıla biləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Qaynarinfo "Goal"a istinadən xəbər verir ki, klub rəsmisi bu xəbərləri təkzib edib:

"Sizi inandıra bilərəm ki, Ronaldu "Yuventus"da qalacaq. Biz transferlər haqqında şayiələrə çox vaxt ayırmırıq, hər gün çoxlu xəbər meydana çıxır".

Qeyd edək ki, Ronaldunun 2021-ci ildə Turin klubunu tərk edə biləcəyi və "Mançester Yunayted"ə qayıdacağı deyilir. Onu PSJ də heyətinə qatmaqda maraqlıdı.

Ronaldu 2003-2009-cu illərdə "Mançester Yunayted"də çıxış edib. Daha sonra "Real"da forma geyinən portuqaliyalı 2018-ci ilin yayında "Yuventus"la 4 illik müqavilə imzalayıb.