İdman 22:46 08.08.2020

"Yuventus"un yeni baş məşqçisi müəyyənləşdi

Mauritsio Sarrini istefaya göndərən "Yuventus”un yeni baş məşqçisinin adı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu posta Turin təmsilçisinin sabiq futbolçusu Andrea Pirlo gətirilib. 41 yaşlı mütəxəssislə 2022-ci ilin yanına qədər müqavilə imzalanacaq.

Qeyd edək ki, Andrea Pirlo 2011-2015-ci illərdə "Yuventus"da çıxış edib. Sabiq yarımmüdafiəçi Turin klubu ilə 4 dəfə İtaliya çempionu olub.