Xəbər lenti

Zahid Oruc: "Bunu qəti olaraq bildirirəm"
Siyasət 17:27 17.08.2013

Zahid Oruc: "Bunu qəti olaraq bildirirəm"

Ana Vətən Partiyası sədrinin keçmiş müavini Zahid Orucun 9 oktyabr prezident seçkisində iştirak etmək istəyi illərdir təmsil etdiyi partiyanın sədri tərəfindən süngü ilə qarşılanıb. AVP sədri müavinini partiyadan çıxarması haqda mətbuata açıqlama verib.

 Bundan sonra Z.Oruc mətbuata “oliqarx oğlu deyiləm, 2-ci həyat yoldaşım yoxdur və saunada fotolarım yoxdur” demişdi.  F.Ağamalı isə “Zahid Oruc gərək  belə deməyəydi” söyləmişdi. Z.Orucla əlaqə saxlayıb “oliqarx oğlu deyiləm, 2-ci həyat yoldaşım yoxdur və saunada fotolarım yoxdur” fikirlərini kimə xitabən deməsinə aydınlıq gətirməsini xahiş etdik.

Z.Oruc bildirdi ki, ona sual ünvanlanıb ki, “haqqınızda dosye açıqlamağa hazırlaşırlar” və o suala belə cavab verib: “O üzdən söylədim ki, dürüst tərcümeyi-hal sahiblərinin mütləq sayını bilməsəm də özüm heç zaman cinayətkar qruplarla, yaxud hərhansı çirkli maliyyə dairələriylə və digər mənfi əməllərlə bağlı deyiləm. Şəxsimi xarakterizə edərkən seçilən ifadələrin heç birində sətiraltı mənalar ikili gizli eyhamlar və ya yönləndirici məqamlar yox idi. Bunu qəti olaraq bildirirəm. Təmsil olunduğum keçmiş haqqında heç bir mənfi fikir söyləmədim, partiya rəhbərliyini və üzvlərini qaralayacaq açıqlamalarda bulunmadım. Bu qətiyyən qəhrəmanlıq deyil, əksinə prinsiplərinə sadiq qalmağın başlıca şərtidir. Əgər mətbu orqanlarda ötən günkü müsahibələrin hər hansı bir sözünü daha çox qabardıbsa və bundan “nifaq alması, üzə qayıtmaq səhnəsi” düzəldirsə, buna çox-çox təəssüf edirəm. Bir yolu gedərkən sonunda nələri yaşamaqdan asılı olmayaraq heç zaman dünənki günün qərəzli təftişinə və aşağılanmasına yol vermək olmaz.

Mənəviyyat adamı kimi belə düşünürəm. Hər kəsə hörmət və ehtiramımı bildirərkən sabahın yeni səhifədən başlandığını, həyatın davam etdiyini unutmamalıyıq. Bu mövzu mənimçün bitib və media dostlarımızın bunu nəzərə almasını xahiş edirəm”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->