Video 14:37 09.07.2019

Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin yeni obyektinin açılışında (VİDEO)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissələrindən birində yeni inşa edilən infrastruktur obyektinin açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.

Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən xəbərə görə, müdafiə naziri qərargah, matros yataqxanaları, tibb məntəqəsi, digər xidməti və  inzibati otaqlara, eləcə də ərazidəki qurğu və avadanlıqlara baxış keçirib.

Məruzə olunub ki, yaradılan şərait şəxsi heyətin hərbi hissə qarşısında qoyulan vəzifə və tapşırıqları daha keyfiyyətli və effektiv icra etməsinə imkan yaradacaq.