Xəbər lenti

Zamiq gizli evlənib?
Maqazin 23:05 01.07.2019

Zamiq gizli evlənib?

"Sənətə gəldiyim gündən oğlan ifaçıların çoxu paxıllığımı çəkib. İndi də onları hiss edirəm. Mənə qarşı olan hirsi, kini hiss edirəm".

Qaynarinfo-nun məlumatına görə, bu sözləri müğənni Zamiq Hüseynov "Söhbətsiz" verilişində deyib.  Şəxsi həyatı ilə bağlı sualları cavabsız qoyan ifaçı gizli evlənməsi haqda sualı cavablandırıb. Sənətçi xəbəri nə təsdiq, nə də inkar edib:

"Amma tanınmış insanla yola getmək çətindir. Çox qısqanc adam olmamalıdır. Sevir, baxır telefona zəng, mesaj gəlir. Bunu qəbul edənlər də, etməyənlər də var. Nə xoşbəxtlikdir ki, onu başa düşənlər var. Evdar insanam. Vaxtımın çoxunu evdə keçirdiyim üçün mənimlə bir az rahatdır. Şəxsi həyatımla bağlı bundan artıq danışmayacam".
Zamiq sosial şəbəkədə yazılan tənqidlərdən, ailəsinə baxmasından söz açıb:

"Bu gün bütün ailəmə tək baxıram, buna görə də xoşbəxtəm. Uzun illər bunun həsrəti ilə yaşamışam ki, anamı aparım, istədiyini alım. İndi mən ailəmə, qohumlarıma kömək edirəm". (axşam.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->