Zaqatalada gün ərzində ikinci dəfə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Qaynarinfo-ya bildirilib ki, təkanlar yerli vaxtla saat 15:22-də Zaqatala stansiyasından 14 km cənub-qərbdə qeydə alınıb. Zəlzələ hiss olunub.
12.38
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Zaqatalada baş verən zəlzələ barədə növbəti məlumat yayıb.
RSXM-dan Qaynarinfo-ya verilən xəbərdə bildirilir ki, ilkin məlumatlara əsasən yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
11.50
Zaqatalada 4,9 ballıq zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Qaynarinfo-ya bildirilib ki, təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.
Maqnituda 4.9, dərinliyi 2 km olan zəlzələ hiss olunub.
Şərhlər