Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olan məlumata əsasən, 17 may 2013-cu il tarixində Bakı vaxtı ilə saat 23:00-da Zaqatala şəhərindən 41 km şimal-qərbdə , Azərbaycan Respublikası ilə Gürcüstan Respublikasının sərhədində zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 3,0 bal təşkil edib. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmayıb.
Qaynar.info
Şərhlər