Zaur Darabzadə - günə 500 qapı döyən gənc namizəd (VİDEO)

Zaur Darabzadə - günə 500 qapı döyən gənc namizəd (VİDEO)

23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınan çoxsaylı uğurlu layihələrin gənc rəhbəri "CinemaPlus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə seçki dairəsi ərazisində yaşayan sakinlərlə görüşlərini uğurla davam etdirir.

Darabzadə və komandası hər gün 500 seçicinin qapısını döyür, onların qonağı olur, problemləri ilə maraqlanır, özü barəsində məlumat verir və buklet təqdim edir.

"Report" xəbər verir ki, bu barədə Zaur Darabzadənin rəsmi facebook səhifəsində məlumat yerləşdirilib.

Artıq bu günədək 3 mindən çox seçici ünvanına gedən Zaur Darabzadə təşviqat kampaniyasının sonuna qalan 10 gündə də dayanmadan görüşlərini davam edəcəyini bəyan edib.

Namizəd mənzildə olmayan sakinlərin qapısından isə öz bukletini asır.

Z.Darabzadə ilə bağlı maraqlı videomaterialı təqdim edirik.

XƏBƏRLƏR
BLOGLAR