Xəbər lenti

İdman 10:21 03.07.2020

Zaur Həşimovun yerinə kim gələcək? - "Zirə"dən açıqlama

Bildiyiniz kimi, "Zirə" klubu bir neçə gün öncə baş məşqçisi Zaur Həşimovla yolları ayırıb. 

Onun boş qalan postuna kimlərin namizəd olduğunu, yeni baş məşqçinin nə vaxt müəyyənləşəcəyini öyənmək üçün klub ilə saxladıq. 

Ancaq "Zirə"nin mətbuat katibi Elmar Abdullazadə Sport7.az-a açıqlamasında bildirdi ki, hələ ki, bu məsələ ilə bağlı yenilik yoxdur. 

Qeyd edək ki, "Zirə" Zaur Həşimovun rəhbərliyi altında koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılan Azərbaycan Premyer Liqasını 23 xalla 5-ci pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.

Xatırladaq ki, Zaur Həşimov kluba 2019-cu ilin oktyabrında baş məşqçi təyin edilmişdi.
 
Röya Kərimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->