Xəbər lenti

Foto 18:01 06.09.2019

Zaur və ailəsinin qatar macərası (FOTOLAR)

Tanınmış aparıcı Zaur Baxşəliyev ailəsi ilə birlikdə səyahətə yollanıb.

Open.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında məlumat verib. Həyat yoldaşı, həmkarı Günay Baxşəliyeva və qızı Dilavər ilə səyahətə çıxan aparıcı qatarla Gəncəyə yola düşüb.

O, şəxsi hesabında paylaşdığı məlumata belə şərh verib: "Gününüz aydın olsun. Yeni qatarlarımızı çox sevdik. Superdir".

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 30 dekabr 2018-ci il tarixindən etibarən Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verib. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->