İmişlidə pambıq sahəsində baş verən zəhərlənmə ilə əlaqədar rayon xəstəxanasında hazırda 12 nəfər qalıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Qafqazinfo”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. O qeyd edib ki, hazırda həmin şəxslərin vəziyyəti stabildir:
"Onların müalicə və müayinələri davam edir. Hələlik vəziyyətlərinin pisləşməsinin səbəbi bilinmir. Analizlərin nəticəsində hər şey aydın olacaq. Saatlı xəstəxanasından Bakıya gətirilən pambıqçılar da artıq evlərinə buraxılıb”.
Şərhlər