Xəbər lenti

Dünya 19:01 01.07.2023

"Zəif xalqlar yox olacaq və yalnız güclülər qalacaq" - Baş nazir

Macarıstanın baş naziri Viktor Orban deyib ki, ölkə dayanmadan məşq etməli və silahlanmalıdır, çünki zəif xalqların yox olacağı və yalnız güclülərin qalacağı zamanlar gələcək. 

Qaynarinfo bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

"Biz məşq etməli və silahlanmalıyıq. Elə vaxtlar olacaq ki, zəif xalqlar yox olacaq, güclülər isə qalacaq”, deyə baş nazir Milli Dövlət Qulluğu Universitetinin məzunlarının andiçmə mərasimində deyib.

Onun fikrincə, Macarıstan müdafiə xətlərini və polis xidmətlərini hər gün qurmalıdır: "Bizə güclü ölkə, güclü hökumət, güclü iqtisadiyyat, güclü ordu lazımdır".

Siyasətçi bildirib ki, hazırda "dünya təməllərinin sarsılmasının episentri” olan Macarıstanla həmsərhəd Ukraynada münaqişə gedir, eyni zamanda, "minlərlə miqrant ölkəni cənub sərhədindən mühasirəyə alır”.

Buna baxmayaraq, Macarıstanın baş naziri ölkəsini Avropanın ən təhlükəsiz dövlətlərindən biri adlandırıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->