Zelandiyada bu gün püskürən vulkan bir can aldı, 20 itkin var (VİDEO)

Zelandiyada bu gün püskürən vulkan bir can aldı, 20 itkin var (VİDEO)

Vayt Aylənd adasında vulkan püskürməsi nəticəsində bir nəfər həlak olub.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiya polisinin 9 dekabr bazar ertəsi günü yaydığı bəyanatda məlumat verilib.

Ümumilikdə, püskürmə zamanı adada azı 50 nəfər olub. Bunlardan 23 nəfər evakuasiya edilib, ancaq onlardan biri aldığı xəsarətdən həyatını itirib. Hazırda itkin düşdüyü bildirilən 20-dən çox insanın axtarışı davam edir.

"Əldə etdiyimiz məlumatlara əsasən başqa ölənlərin olduğunu da ehtimal edirik", - polisin açıqlamasında bildirilib.

Xatırladaq ki, Yeni Zelandiyanın Vayt adasında vulkan püskürməsi bu gün yerli vaxtla təxminən 14:15-də (Bakı vaxtı ilə 4:15) başlayıb. Vulkanik təhlükə səviyyəsi dördüncü səviyyəyə qaldırılıb və aviasiya təhlükəsizlik kodu "narıncı" ilə əvəz edilib.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR