Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba Ukrayna Prezidenti Vladimir Zelenskinin Belarus Prezidenti Aleksandr Lukaşenkonun oktyabr ayında Qrodnoya ziyarətə dəvətinə cavabını bildirib.
Qaynarinfo xəbər verir ki, Zelenski heç olmasa vəziyyət sabitləşməyincə Belarusa getməməyə qərar verib.
"Düşünürəm ki, Belarusdakı vəziyyət sabitləşməyincə hər hansı bir ziyarət gerçəkləşdirmək tələskənlik olardı", - Kuleba deyib.
XİN şefi əlavə edib ki, indi əsas vəzifə Belarus hakimiyyəti ilə cəmiyyət arasında dialoq qura bilmək və vəziyyəti minimum itkilərlə sabitləşdirməkdir.
Alpər
Şərhlər