Zelenski məmuru iclasdan qovdu:

Zelenski məmuru iclasdan qovdu: "Rədd ol, quldur!" (VİDEO)

Ukrayna Prezidenti Vladimir Zelenski Borispol Şəhər Şurasının katibi Yaroslav Qodunoku iclas zalından qovub.

Qaynarinfo xəbər verir ki, buna səbəb onun Borispolda keçirilən görüşün gedişində spikerin sözünü kəsməsi olub. Dərhal Yaroslav Qodunok haqqında internetdə araşdırma aparan Vladimir Zelenski onun əvvəllərr məhkumluq həyatı yaşadığını öyrənib. O, soyğunçuluq edərək ağır yaralanmaya səbəb olma maddəsi üzrə həbsdə yatıb.

Bu barədə məlumatı Yaroslav Qodunokun özündən dəqiqləşdirən Vladimir Zelenski "Rədd ol burdan, quldur! Otaqdan çıx. Get gəz. Məni pis eşidirsən?" deyərək onu zaldan qovub. 

XƏBƏRLƏR
BLOGLAR