Dünya 17:34 03.06.2019

Zelenski sabiq prezidentə vəzifə verdi

Ukraynanın yeni prezidenti Vladimir Zelenski sabiq prezident Leonid Kuçmana vəzifə verib.

Qaynarinfo xəbər verir ki, Kuçma Donbassda münaqişənin nizamlanması üzrə təmas qrupunun Ukrayna təmsilçisi təyin edilib. Sabiq prezidentin rəhbərliyi ilə iyunun 5-də təmas qrupunun növbəti görüşü keçiriləcək. 

Ölkə başçısı məsələ ilə əlaqədar ABŞ və Avropa İttifaqından olan tərəfdaşlarla görüşdüyünü, Ukraynanın ərazi bütövlüyü və suverenliyi, həmçinin atəşkəs məsələsini müzakirə etdiyi bildirib.

Gülşən