Dünya 09:32 04.04.2019

Zelenski və Poroşenko prezident seçkilərinin ikinci turunda (FOTO)

Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin nəticələrinə dair protokolları tam hesablayıb.

Qaynarinfo xəbər verir ki, aktyor və şoumen Vladimir Zelenski ilk turun lideri olub. O, seçkilərdə 30,24% səs toplayıb. Ölkənin hazırkı prezidenti Pyotr Poroşenko 15,95% seçici səsi yığıb.

Digər namizəd - "Batkivşina" Partiyanın lideri Yuliya Timoşenko isə seçkilərdə 13,40% səslə 3-cü olub. Namizəd Yuri Boykoya seçicilərin 11,67%-i səs verib. 

Qeyd edək ki, seçkilərin ikinci turu aprelin 21-də keçiriləcək. Prezidentlik uğrunda Vladimir Zelenski və Pyotr Poroşenko mübarizə aparacaq.