Ötən həftə Türkiyənin Elazığ vilayətində baş vermiş güclü zəlzələ nəticəsində məşhur teatr və kino aktyoru Kamal Sunala məxsus ev uçaraq yararsız vəziyyətə düşüb.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yeraltı təkanların xarabalığa çevirdiyi ev mərhum aktyorun ata yurdu olub. O, həmin evdə böyüyüb boya-başa çatıb.
Qeyd edək ki, yanvarın 24-də Elazığ vilayətində 6.8 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 41 nəfər həlak olub, 1607 nəfər xəsarət alıb.
Şərhlər