ABŞ-ın Kaliforniya şəhərində baş vermiş güclü zəlzələ yerli KCAL9 telekanalının aparıcılarına həyəcanlı anlar yaşadıb.
REN TV xəbər verir ki, teleaparıcılar xəbərlər buraxılışı zamanı yeraltı təkanları hiss ediblər.
İyulun 6-da baş vermiş hadisə zamanı onlar proqramı dayandırmaq qərarına gəliblər. Qadın aparıcı əvvəlcə kişi həmkarının qolundan tutub, sonra isə hətta stolun altında gizlənib.
Xatırladaq ki, iyunun 6-da Kaliforniyanın cənubunda 7,1 maqnitudalı zəlzələ baş verib.
Yeraltı təkanlar yerli vaxtla saat 03:19-da qeydə alınıb. Zəlzələnin episentri Los-Ancelesdən 193 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.(oxu.az)
Şərhlər